Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Məhərrəmov Fərid İsmayıl oğlu Qara Qarayev prospektində yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.