Bakının Sabunçu rayonunda iki nəfəri avtomobil vurub, birinin vəziyyəti ağırdır.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.
1980-ci il təvəllüdlü Səfərov Samir Mirzə oğlu və 1996-cı il təvəllüdlü Allahverdiyev Elmir Səfər oğlu yolu keçərkən onu “VAZ 2106” markalı avtomobil vurub.
Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.
Onlardan S. Səfərovun vəziyyəti ağırdır.