Bakıda intihara cəhd olub.
APA xəbər verir ki, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Təxminən 50-55 yaşlı kişi "Bağırov körpüsü"nün üstündən özünü atıb.
Müxtəlif xəsarətlər alan şəxs ərazidəki insanların köməkliyi ilə xəstəxanaya çatdırlıb.
Vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin motivi hələlik məlum deyil.