Bakıda toya gedən ana və övladını maşın vurub

Bakıda toya gedən ana və övladını maşın vurub
# 29 noyabr 2019 22:33 (UTC +04:00)

 

Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı biri uşaq olmaqla, iki nəfəri maşın vurub.

APA xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verib.

1975-ci il təvəllüdlü Həsənova Pərvanə Bakir qızı azyaşlı qızı ilə birlikdə “Gold Baku” şadlıq sarayına gedərkən onları “Daewoo” markalı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR