Sabunçu rayonunda yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.