Beyləqanda 22 yaşlı oğlan su kanalında boğulma təhlükəsi ilə üzləşib.
APA-nın məlumatına görə, rayon sakini, 1998-ci il təvəllüdlü Elçin Verdiyev ötən gün Şahsevən kəndi ərazisindən keçən su kananılda huşsuz vəziyyətdə aşkar edilib.
Təcili olaraq xəstəxanaya yerləşdirilən E.Verdiyevin həyatı xilas edilib.