Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.
APA-nın xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, adıçəkilən vəzifəyə polis mayoru Elşad Hacıyev təyin edilib.
Məlumatı DİN-nin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.