Masallıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 150 manat pul, məişət əşyaları, ov tüfəngi, 3 ədəd patron, bir torpaq sahəsindən isə generator oğurlamaqda şübhəli bilinən Gəyəçöl kənd sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb.
Araşdırma aparılır.