Mingəçevirdə 38 yaşlı kişi bıçaqlanıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında 16 saylı məktəbin yaxınlığında baş verib.
1982-ci il təvəllüdlü şəhər sakini İ.Musayev mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.