Mingəçevirdə 30 yaşlı kişi 9-cu mərtəbədən düşərək ölüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 20 yanvar küçəsində baş verib. 1990-cı il təvəllüdlü şəhər sakini Salikov Kamil Xanoğlan oğlu 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb. Hadisənin ehtiyatsızlıq, yaxud özünəqəsd olduğu məlum deyil.
Faktla bağlı araşdırma aparılır.