Samuxda ev qarət edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini M.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.