“Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub”.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib: “4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var”.
***
10:47
"Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerində 6 nəfərə yerində yardım göstərilib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.
2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.
***
09:57
"Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub".
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.
Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
***
09:24
"Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub".
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.
Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.