Xaçmazda bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nərəcan kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Vəliməmmədov Kənan Elmar oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.