Bank Of Baku

Abşeronda yaşayış evində partlayış olub

Abşeronda yaşayış evində partlayış olub
# 25 yanvar 2023 10:26 (UTC +04:00)

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Görədil kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətində ümumi sahəsi 360 m² olan ikimərtəbəli köməkçi tikilinin birinci mərtəbəsində yerləşən mətbəxində ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə edilməyən partlayış baş verib.

Hadisə nəticəsində mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb, lambirdən ibarət tavanı dağılıb. Partlayış dalğasının təsirindən yaxınlıqda olan ikimərtəbəli evin pəncərə şüşələri sınıb.

Partlayış nəticəsində xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR