Ağcabədi sakini traktorun qoşqusundan yıxılaraq ölüb.
APA xəbər verir ki,Əmirov Natiq Bəhlul oğlu "Belarus MTZ-82" markalı traktorun qoşqusunun üzərindəki ot kipinin üstündən yıxılaraq xəsarət alıb və rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq o xəstəxanada ölüb.
Araşdırma aparılır.