Bank Of Baku

Ağcabədidə baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB - FOTO

Ağcabədidə baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB  - FOTO
# 13 may 2023 14:07 (UTC +04:00)

Ağcabədidə baş verən qəzada ölənlərin adları məlum olub.

APA-nın yerli müxbirinin xəbərinə görə, Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Oqtay və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Həsənova Səhər Alı qızı hadisə yerində həyatını itirib.

Hadisə yerinə cəlb olunan FHN-nin Ağcabədi rayon DYMX əməkdaşları sıxılmış vəziyyətdə olan ər və arvadın meyitini çıxararaq adiyyatı üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

***

13.25

Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradolaq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilir. Hadisə yerinə təcili tibbi yardım bölməsi və hüquq mühafizə əməkdaşları çağrılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR