Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, ötən gün axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2106”nın sürücüsü xəsarət alıb, sərnişin - həyat yoldaşı 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.