Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan APA-ya bildirilib ki, iyulun 4-dən 8-ə qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 46 piyada əleyhinə mina, 5 tank əleyhinə mina və 264 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 586 hektar ərazi mina və PHS-lərdən təmizlənib.