Bank Of Baku

Astarada yol qəzasında ər-arvad xəsarət alıb

Astarada yol qəzasında ər-arvad xəsarət alıb
# 07 yanvar 2026 17:50 (UTC +04:00)

Astarada avtomobil mopedlə toqquşub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR