Bank Of Baku

Azərbaycan beynəlxalq axtarışda olan İran vətəndaşını Özbəkistana təhvil verib

Azərbaycan beynəlxalq axtarışda olan İran vətəndaşını Özbəkistana təhvil verib
# 09 yanvar 2026 14:18 (UTC +04:00)

Beynəlxalq axtarışda olan şəxs Özbəkistan Respublikasına təhvil verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Özbəkistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 30.03.1970-ci il təvəllüdlü, İran İslam Respublikasının vətəndaşı İmani Ali Abdollahın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

İmani Ali Abdollah 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR