Bank Of Baku

Azərbaycan FHN xilasediciləri Kahramanmaraşda daha bir nəfəri dağıntılar altından xilas edib - FOTO - YENİLƏNİB

# 07 fevral 2023 15:32 (UTC +04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Türkiyənin zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

APA-nın fəlakət zonasına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün səhər əməliyyatlara başlayan xilasedicilər daha bir nəfəri dağıntılar altından xilas edib.

Hazırda Kahramanmaraşda internet kəsilib, elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb.

Bundan başqa, zəlzələ bölgəsində ərzaq çatışmazlığı yaşanır.

Qeyd edək ki, APA-nın 3 əməkdaşı hazırda Türkiyədə təbii fəlakət zonasında işləyir. APA informasiya agentliyinin əməkdaşı Səlcuq Elçin və operatorumuz Fariz Quluyev Azərbaycan FHN-in xilasediciləri ilə birgə zəlzələnin episentri olan Kahramanmaraşa ezam olunub. Digər əməkdaşımız, APA-nın Türkiyə müxbiri Tural Əsədi isə zəlzələnin ağır təsirlərinə məruz qalmış Hatay bölgəsindədir. Əməkdaşlarımız xilasetmə əməliyyatları barədə son məlumatları hadisə yerindən çatdırırlar.

***

12:09

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Türkiyənin zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

APA-nın fəlakət zonasına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün səhər əməliyyatlara başlayan xilasedicilər indiyədək 5 nəfərin cəsədini dağıntılar altından çıxarıb.

Bundan başqa bir nəfər dağıntılar altından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, APA-nın 3 əməkdaşı hazırda Türkiyədə təbii fəlakət zonasında işləyir. APA informasiya agentliyinin əməkdaşı Səlcuq Elçin və operatorumuz Fariz Quluyev Azərbaycan FHN-in xilasediciləri ilə birgə zəlzələnin episentri olan Kahramanmaraşa ezam olunub. Digər əməkdaşımız, APA-nın Türkiyə müxbiri Tural Əsədi isə zəlzələnin ağır təsirlərinə məruz qalmış Hatay bölgəsindədir. Əməkdaşlarımız xilasetmə əməliyyatları barədə son məlumatları hadisə yerindən çatdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR