Bank Of Baku

Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTO

Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTO
# 08 fevral 2023 10:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR