Bank Of Baku

Azərbaycan vətəndaşı Belçikada itkin düşüb

Azərbaycan vətəndaşı Belçikada itkin düşüb
# 13 may 2023 18:55 (UTC +04:00)

Belçikada yaşayan azərbaycanlı itkin düşüb.

APA xəbər verir ki, 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu Brüssel şəhərində yaşayıb. O, sonuncu dəfə 5 gün əvvəl-mayın 8-də şəhər kənarında yerləşən klinika ərazisində görülüb.

İtkin şəxsin bacısı Sevil Abbasova APA-ya bildirib ki, qardaşı bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alıb, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkir.

Nizami Məmmədovun itkin düşməsi ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə və polisə məlumat verilib.

Onu görən şəxslərdən +994 55 757 69 23 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR