Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1990-cı il təvəllüdlü Məmmədli Məqsəd Əlisahib oğlunun meyiti aşkarlanıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
***
21:31
AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə boğularaq ölüb.
APA xəbər verir ki, bu barədə AzTV-nin “Facebook” hesabında məlumat verilib.
Onun İnformasiya Proqramları studiyasının prodüseri olduğu bildirilir.