Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) 12.08.2026-cı il tarixində saat 17:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Ona dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi, bədənin çoxsaylı əzilmiş, sıyrılmış yaraları diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
20:28
Beyləqanda 11 yaşlı uşağı avtomobil vurub.
APA-nın yerli bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi Beyləqan şəhəri ərazisində baş verib.
Hadisə zamanı avtomobil 11 yaşlı Səqi Mehdiyevi vurub. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.
Uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.