Bank Of Baku

Badamdarda yol qəzasında bir nəfər xəsarət alıb

Badamdarda yol qəzasında bir nəfər xəsarət alıb
# 05 yanvar 2026 16:42 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində Mərkəzi Nəbatat Bağının yaxınlığında qeydə alınıb. Bu gün saat 08 radələrində A.Abbaszadə küçəsində S.Əliyevin idarə etdiyi “Toyota Camry” markalı avtomobil yolu keçən piyadanı vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 08:00 radələrində Səbail rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan 1 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və başın açıq yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR