Bank Of Baku

Bakı-Sumqayıt şossesində 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakı-Sumqayıt şossesində 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 17 may 2023 02:05 (UTC +04:00)

Bakının Binəqədi rayonunda avtoqəza zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası zamanı Bakı-Sumqayıt şossesində uzunmüddətli tıxac yaranıb.

Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü yüksək sürətlə minik maşınını idarə edərkən eyni istiqamətdə hərəkətdə olan “Mitsubishi” markalı avtomobilə çırpıb. Zərbənin təsirindən “Mitsubishi” dəmir arakəsməyə çırpılıb. Zərbə o qədər güclü olub ki, dəmir arakəsmə “Mitsubishi”nin salonuna daxil olub. Avtomobildə olan iki nəfər ağır xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Yol Patrul Xidmətinin əməkdaşları çətinliklə də olsa, şosedə yaranmış sıxlığın qarşısını ala bilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR