Bakı-Sumqayıt yolunda qəza olub, ata və oğul ölüb - FOTO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda qəza olub, ata və oğul ölüb - FOTO  - YENİLƏNİB
# 18 noyabr 2023 14:09 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin ata və oğul olduğu məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, nasaz olan maşının təkərini düzətmək istəyən 1969-cu il təvəllüdlü Bayramov Azad Fəxrəddin oğlu və onun oğlu - 1990-cı il təvəllüdlü Bayramov Anar Azad oğlunu maşın vurub. Hadisə nəticəsində ata və oğul ölüb.

Fakt araşdırılır.

***

10.40

Bir neçə gün əvvəl edilən xəbərdarlığa baxmayaraq, sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi növbəti dəfə ağır faciəyə səbəb olub.

APA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “Mercedes” markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub ki, nəticədə “”Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib. Hazırda faktla bağlı araşdırma aparılır.

"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalı, texniki yardım istəməlidir", məlumatda deyilir.

Xədicə Səxavət

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR