Bakıda evdə yanğın olub.
APA FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin 1 otağında tavan 20 m² sahədə və 1 ədəd televizor yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.