Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə "Həzi Aslanov" metrosunun yaxınlığında baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Məmmədov Maqsud Fazil oğlunu minik avtomobili vurub.
Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Yəhyayaev