Sentyabrın 5-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) batan 1996-cı il təvəllüdlü Qafarov Kənan Vüqar oğlunun axtarışları başa çatıb.
Bu barədə APA-ya Fövqəladaə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, K.Qafarovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.