Bank Of Baku

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir idmançı barəsində qərar verilib

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir idmançı barəsində qərar verilib
# 08 yanvar 2025 14:40 (UTC +04:00)

Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan daha bir idmançı barəsində qərar verilib.

APA xəbər verir ki, istintaq orqanının təqdimatına əsasən, saxlanılan Elvin Məmmədov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

Dünən Xətai Rayon Məhkəməsində keçirilən iclasda saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR