Bakıda gənc oğlan bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb
# 26 aprel 2024 03:17 (UTC +04:00)

Bakının Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb.

Şamxal Abdullayev tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətini olduqca ağır qiymətləndirirlər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR