Bakıda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 21 oktyabr 2019 01:48 (UTC +04:00)

Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi baş verib, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə Zabrat qəsəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Dadaşov Mikayıl Polad oğlu idarə etdiyi”VAZ 2106” markalı avtomobillə hərəkət edən zaman “BYD” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə “VAZ 2106”-nın sürücüsü M.Dadaşov, sərnişinlər - 1997-ci il təvəllüdlü Həsənov Tural Ağamirzə oğlu, 1997-ci il təvəllüdlü İsalı Fariz Seyidəli oğlu və 1992-ci il təvəllüdlü Həsənov Əli Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR