Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məmmədov Münasib Əhməd oğlu, 1984-cü il təvəllüdlü Bəbişov Surxay Nazim oğlu və 1987-ci il təvəllüdlü Kərimova Yeganə Yediyar qızı xəsarət alıb. Hər 3 yaralı dərhal xəstəxanaya çatdırılıb.
M.Məmmədova döş qəfəsinin, S.Bəbişova biləyin və qolun, Y.Kərimovaya isə alının əzilmiş yarası diaqnozu qoyulub. Yaralıların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.