Bakıda iki minik avtomobili toqquşub - FOTO

Bakıda iki minik avtomobili toqquşub - FOTO
# 25 aprel 2024 02:02 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan “Honda” markalı maşın toqquşub.

Nəticədə “Chevrolet” markalı minik avtomobili yolun əks istiqamətinə düşüb.

Hadisədə bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR