Bank Of Baku

Bakıda istifadəsiz tikilidə yanğın baş verib - VİDEO - FOTO - YENİLƏNİB

Bakıda istifadəsiz tikilidə yanğın baş verib - VİDEO  - FOTO  - YENİLƏNİB
# 18 avqust 2026 14:10 (UTC +04:00)

Bakıda istifadə edilməyən köhnə tikilidə baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetnə Xidmətinin 14 texnikası, 66 şəxsi heyəti cəlb edilib.

***

13:13

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR