Bank Of Baku

Bakıda kişi arvadını güllələyib - YENİLƏNİB-1

Bakıda kişi arvadını güllələyib - YENİLƏNİB-1
# 09 iyul 2026 18:12 (UTC +04:00)

Bu gün saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, "Şamaxinka" ərazisindən çağırış qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya olunub. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir" məlumatda deyilir.

Qeyd edilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Gülcahan İmanqızı

***

17.58

Bakıda baş verən silahlı insident zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın xəbərinə görə, ölən şəxs 44 yaşlı Amalya Qəhrəmanova, xəsarət alan isə 43 yaşlı Zaur Qəhrəmanovdur.

***

17.16

Bakıda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Nəsimi rayonunda, “Şamaxinka” ərazisində baş verib.

Kişinin küçədə arvadına ov tüfəngindən atəş açdığı, daha sonra özünü vurduğu bildirilir.

İlkin məlumata görə, qadın hadisə yerində ölüb.

Xəsarət alan kişi polis əməkdaşlarının nəzarəti ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR