Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar.
APA DİN-ə istinadən xəbər verir ki, paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Səbail rayonu ərazisində yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.
Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.