Bakıda qadın dəm qazından boğulub.
APA xəbər verir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi ev 93 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Həsənova Cevlana Ərəstun qızı hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.