Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Hava Limanı istiqamətində qeydə alınıb.
1989-cu il təvəllüdlü Hüseynov Elxan Əmirxan oğlu və 1996-cı il təvəllüdlü Həsənov Tural Qalib oğlu taksidən düşən zaman arxadan gələn minik avtomobili onları vurub.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.