Bank Of Baku

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - FOTO - YENİLƏNİB-1

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - FOTO  - YENİLƏNİB-1
# 09 iyul 2024 15:23 (UTC +04:00)

9 saylı poliklinikada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

***

15:15

Bakıda baş həkimin otağına benzin törkərək yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

14:45

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

APA xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR