Bank Of Baku

Bakıda yanacaqdoldurma məntəqəsində avtomobil sürücünü vurub

Bakıda yanacaqdoldurma məntəqəsində avtomobil sürücünü vurub
# 08 fevral 2023 06:17 (UTC +04:00)

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə 4-cü mikrorayon bazarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Əsədzadə Fərid Nuru oğlu avtomobilini yanacaqla təmin etmək üçün maşınından yerə düşüb. Bu zaman YDM-nə gələn digər maşın onu vuraraq F.Əsədzadəni özünə məxsus avtomobilə çırpıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR