Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Babayev Riyad Fuad oğlu əvvəllər mübahisə etdiyi şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb.