Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-nın Şimal-qərb bürosuna verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hənifə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 815 ədəd çətənə kolu məhv edilib.