Balakəndə yaşayış evində yanğın olub.
APA-nın məlumatına görə, yanğın bu gün günorta saatlarında rayonun Yeni Şərif kəndində, kənd sakini, 1961-ci il təvəllüdlü Urkayev Paşa Ramazan oğluna məxsus yaşayış evində baş verib.
Yangın yerinə Balakən Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 130 kvadratmetr olan 1 mərtəbəli 4 otaqlı yaşayış evinin 100 kvadratmetr hissəsi içərisindəki əşyalarla birgə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.