Baş Prokurorluq tərəfindən ekologiya sahəsindəki qanun pozuntularına qarşı mübarizə gücləndirilib.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirmişdir.
2022-ci ildə Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi, 124 inzibati xəta haqqında iş üzrə icraat başlanmış, 22 vəzifəli şəxs barəsində təqdimat verilib.
Həmçinin, ekoloji hüquqpozlara dair məlumatlar araşdırılan zaman ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 486 min 621 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Bununla yanaşı, kəsilmiş ağacların əvəzinə 493 min manat dəyərində yeni ağacların əkilməsi təmin edilib.