Bərdədə şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
İlkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
10.09
Bərdə rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Mollaəhmədli kəndinin ərazisində qeydə alınıb.
Kənd sakini 1996-cı il təvəllüdlü Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini 2000-ci il təvəllüdlü Elnur Rüstəmovu bıçaqla öldürüb.
C.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.