Bərdədə ikimərtəbəli ev yanıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Böyük Göyüşlü kəndində baş verib. Kənd sakini Kazımov Mahir Heydər oğluna məxsus 10 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
***
10:37
Bərdə rayonunun Böyük Göyüşlü kəndində ümumi sahəsi 390 m² (hər mərtəbəsi 195 m²) olan ikimərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.