Bərdədə qohumların davası zamanı bir nəfər bıçaqlanıb

Bərdədə qohumların davası zamanı bir nəfər bıçaqlanıb
# 22 avqust 2019 23:21 (UTC +04:00)

Bərdədə qohumlar arasında baş vermiş münaqişə bıçaqlanma ilə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bərdə Rayon Xəstəxanasına çatdırılan 1981-ci il təvəllüdlü Cəfərov Afiq Novruz oğlu sol təpə nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

A.Cəfərovun vəziyyəti hazırda orta ağırdır.

Faktla bağlı araşdırma aparılır, hadisənin konkret kim tərəfindən törədildiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR